İran və Rusiya arasında Xəzər dənizində birgə dəniz-xilasetmə təlimləri - CASAREX 2025 iyulun 21-dən etibarən keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə" şüarı altında təşkil olunan təlimlərdə İran Ordusu, SEPAH-ın Hərbi Dəniz Qüvvələri, İran Polis Komandanlığı, Rusiya Hərbi Dəniz Qüvvələri və Xəzər dənizi ölkələrinin müşahidəçiləri iştirak edəcəklər.
Təlimlərin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, eyni zamanda həmsərhəd ölkələrin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.
Kənan
Milli.Az