Trampın Putinlə bağlı mövqeyinin dəyişməsində onun rolu olub

20 İyul 2025 16:56

ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı mövqeyinin dəyişməsində Almaniya kansleri Fridrix Merzin mühüm rol oynadığı iddia olunur.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.

Nazir bildirib ki, Fridrix Merz Ukraynaya dəstəyini ilk gündən açıq şəkildə ifadə edib və bu mövqeyini G7 sammiti çərçivəsində Trampla təkbətək görüşlərində də davam etdirib.

"Fridrix Merz Oval kabinetdə olarkən Trampa açıq şəkildə bildirdi ki, ABŞ-ın dəstəyi bu gün Ukrayna üçün həyati əhəmiyyət daşıyır. O, sonradan Trampa birbaşa zəng edərək bu mövqeyini yenidən çatdırıb", - deyə Yohan Vadeful qeyd edib.

Nazirin sözlərinə görə, Almaniyanın Vaşinqtonla yenidən rasional və təsirli diplomatik əlaqə qurması, həmçinin Almaniyanın səsinin ABŞ paytaxtında eşidilməsi önəmli bir nailiyyətdir.

Kənan
Milli.Az