İsveçrəyə köçən tibb bacısı çoban işləyir - "Mənə dəyər vermədiniz" - VİDEO

20 İyul 2025 12:00

Türkiyədəki əmək şəraitindən narazı qalan və adı açıqlanmayan tibb bacısı İsveçrəyə köçərək çobanlıqla məşğul olmağa başlayıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, yeni peşəsini "Türkiyə bir tibb bacısını itirdi, İsveçrə bir çoban qazandı" sözləri ilə elan edən qadının paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir zamanlar sosial şəbəkələrdə "Türkiyə bir həkimi itirdi" qeydilə edilən paylaşımlar gündəm olmuşdu. Bu dəfə isə oxşar məzmunlu mesajı bir tibb bacısı səsləndirib.

Sosial media hesabında etdiyi paylaşımda, tibb bacısı peşəsi ilə qürur duyduğunu, lakin Türkiyədə əməyinin qarşılığını ala bilmədiyini ifadə edən səhiyyə işçisi bunları yazıb:

"Türkiyə bir tibb bacısını itirdi, İsveçrə bir çoban qazandı. Peşəmlə fəxr edirəm, amma Türkiyədə bizə layiq olduğumuz dəyər verilmir".

Tibb bacısının paylaşımı qısa müddətdə çoxlu sayda bəyənmə, şərh alıb və ictimai müzakirələrə yol açıb.

Kənan
Milli.Az