Novxanıda dənizdə batan iki yeniyetmənin meyiti çıxarılıb - YENİLƏNİB - FOTO

20 İyul 2025 16:11

16:11

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.

***

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.

Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.

Axtarış-xilasetmə işləri davam edir.

11:16

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Milli.Az