Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranında baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb.
Milli.Az xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilib, istehlak edilən qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Tibb müəssisəsindən verilən məlumata əsasən, zərərçəkən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.
Hazırda istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az