Peruda keçirilən bir dəfn mərasimi gözlənilməz görüntülərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, ərini itirən bir qadının, mərasim zamanı açıq tabutun yanında yerləşdirilmiş onun həyat yoldaşının ölçüsünə uyğun karton maketi ilə rəqs etməsi sosial mediada müzakirələrə səbəb olub.
Qara yas paltarı geyinmiş qadın, reggaeton musiqisinin ritminə qapılaraq rəqs etməyə başlayıb. Daha sonra rəqsini mərhumun karton maketinə sürtünərək "twerk" hərəkətləri ilə davam etdirib. Bu qeyri-adi vida səhnəsi həm mərasim iştirakçılarını, həm də sosial media izləyicilərini təəccübləndirib.
Musiqili vida atmosferini isə mərasimdə səhnə alan "El Cangri del Callao" adlı reggaeton ifaçısı yaradıb. O, nəşəli ritmlərlə qadını dəstəkləyib və tamaşaçıları da rəqs etməyə təşviq edib. Sənətçinin həmin görüntüləri Instagram hesabında paylaşmasından sonra video qısa müddətdə 4,3 milyon baxış sayı toplayıb.
Sözügedən video sosial mediada böyük səs-küy doğurub. Bəzi istifadəçilər bu davranışı sərt tənqid edərək, "hörmətsizlik" kimi qiymətləndiriblər. Onların bir qismi istehza dolu şərhlərlə etiraz edib. Digər bir qisim isə bu rəqsi fərqli və emosional bir vida forması kimi qiymətləndirib.
Bir çox mədəniyyətdə ölümə kədər yox, bayram ab-havası ilə yanaşmaq adət halını alıb. Peruda yaşanan bu hadisə də göstərdi ki, ölümə münasibət şəxsi və mədəni yanaşmalara görə çox fərqli ola bilər.
Kimiləri üçün bu davranış hörmətsizlik, kimiləri üçün isə sevilən bir insanı öz tərzinlə yola salmaq formasıdır. (Sonxeber.az)
Milli.Az