“Qalatasaray”dan “Siti”yə 3 milyonluq təklif

19 İyul 2025 20:03

"Qalatasaray" "Mançester Siti"nin qapıçısını transfer etməyə çalışır.

Milli.Az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Bildirilir ki, "Qalatasaray" 31 yaşlı qolkiperin transferi üçün 3 milyon avro təklif edib.

Edersonun "Mançester Siti" ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Ötən mövsüm braziliyalı qolkiper Premyer Liqada 26 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

 

Milli.Az