SÖYÜŞƏ görə 3 nəfər xəstəxanalıq oldu

19 İyul 2025 18:36

Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.

Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Milli.Az