Aparıcı Çinarə Əliyeva ilk dəfə itirdiyi körpəsindən danışıb.
Milli.Az xəbər verir ki, bu barədə o, RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində açıqlama verib. Çinarə həmin hadisədən danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Bəzən deyirlər, həkimlərin günahıdır, amma biz bilmirdik. Uşağın ciyərində yırtıq var idi, sağ tərəfdə idi. Bu, 1000 uşaqdan ikisində olur, ürəyi divara sıxır, inkişaf getmir. Dedilər, düzələ bilər. Bunu doğuşa 20 gün qalmış öyrəndik. Neçə dəfə doppler etmişdik, görünməmişdi, gözdən qaçmışdı. Bu, 20 neçə həftəsindən sonra yaranmışdı, ona qədər bizdə hər şey gözəl gedirdi, mən hazırlıq görürdüm, uşağın otağına nələrsə alırdım. Dedilər ki, bir doppler də edin, onda bəlli oldu, mən ağlaya-ağlaya çıxdım. Bir həftə ağladım. Sonra deidlər ki, uşağı götürək, yaşama ehtimalı azdır. Mən risk etdim, sona qədər getdim. Doğuşa da gedəndə bir gözüm ağlayırdı, digəri yox. Təsəvvür et, hamıda beldən keyidib, doğuş edirdilər. Məndə qoymadılar görüm, dedilər ki, aparat gələcək, uşağı birbaşa aparata qoşacağıq. Uşaq doğuldu, qız idi. Üç kilo neçəsə qram idi. Bir gün sonra dedilər ki, uşaq yaxşı nəfəs alsa, əməliyyat olunsa, yaşaya bilər. Biz çox sevindik, səhəri gün əməliyyat etdilər, bir neçə həkim, cərrah əməliyyata girdi. Görmüşdülər ki, uşağın ciyəri inkişafdan çox qalıb, nöqtə boydadı. Axşam vaxtı dedilər ki, vəziyyət yaxşı deyil. Gecə keçindi, səhər mən xəstəxanada qalmalıydım, qala bilmədim. Çox çətin idi. Gərək görməzdim, həyat yoldaşım getdi gördü, əlindən tuturdu, çox gözəl uşaq idi. Deyəndə ki, yaxşılığa doğru gedir, sevindim. Dedim, gedim görüm, yaxşı olacaq. O, uşağı aparatda görəndə halsız vəziyyətdə məni qaldırdılar yuxarı. Uşaq qalmadı... Mənim heç nə yadımda deyil, uşağı Ruslana təhvil verdilər. Xəstəxana çıxışında insanlar var idi, deyirdilər, Çinarə uşaqsız çıxdı. Hətta palatada hamının uşağı gəlirdi, çox çətin idi... Dedim, bəlkə belə məsləhət idi. Çətin dövr idi, nə hamilə qadına baxa bilirsən, nə uşağa". (olay)
Milli.Az