Müğənni Rəvan Qarayev üçüncü dəfə evlənir.
Milli.Az xəbər verir ki, bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. O, bildirib ki, toy sentybarda olacaq.
Xəbəri təsdiqləyən Rəvan "Sentyabrda deyil, amma payız aylarından biridir" deyə, əlavə edib.
Onun müğənni atası Elşad Qarayev isə "Rəvanın seçimi mənim üçün qanundur. Böyük toy olmayacaq, ailə içində məclis" deyə, bildirib.
Qeyd edək ki, Rəvan iki dəfə evli olub. Onun hər nikahdan bir qız övladı var. (Axşam.az)
Milli.Az