"Qarabağ" futbolçusu ilə yollarını ayırdı - FOTO

18 İyul 2025 19:46

"Qarabağ" FK Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə "Qarabağ" FK məlumat yayıb.

Bildirilib ki, son üç mövsümdə icarə əsasında "Zirə"də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında "Qarabağ"a keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

 

Milli.Az