Azərbaycan Premyer Liqasının püşkü atıldı

18 İyul 2025 19:12

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb.

Milli.Az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq. 

Reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

"İmişli" - "Turan Tovuz"

"Neftçi" - "Şamaxı"

"Sabah" - "Qarabağ"

"Sumqayıt" - "Kəpəz"

"Karvan" - "Qəbələ"

"Zirə" - "Araz-Naxçıvan"

Püşkatmada 3-cü dövrənin ilk turunda ev sahibi olacaq komandalar da müəyyənləşib. Püşkün nəticəsi:

"Zirə" - "Kəpəz"

"Qarabağ" - ""Araz-Naxçıvan"

"Karvan" - "Sumqayıt"

'Şamaxı" - "İmişli"

"Sabah" - "Qəbələ"

"Neftçi" - "Turan Tovuz"

Qeyd edək ki, yeni mövsümə avqustun 15-də start veriləcək.

 

Milli.Az