Bu gün Bakının Səbail rayonunun bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Milli.Az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə yenidənqurma işləri həyata keçiriləcək. Bununla bağlı saat 15:30-dan saat 17:00-a qıədər rayonun 20-ci sahə adlanan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Milli.Az