Nəfəs ala bilmirdi - Ürəyindən görün nə çıxarıldı - FOTO

18 İyul 2025 16:52

Türkiyənin Kahramanmaraş şəhərində inanılmaz tibbi hadisə baş verib.

Milli.Az xəbər verir ki, nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edən Əziz Karabörk adlı xəstənin ürəyindən cərrahiyyə əməliyyatı zamanı 250 qram ağırlığında və 10 santimetr ölçüsündə kütlə çıxarılıb.

Əməliyyat 7 saat davam edib.

Əməliyyata rəhbərlik edən Prof. Dr. Mehmet Kirişçi bildirib ki, bu böyüklükdə bir kütlə ilə rastlaşmaq çox nadir haldır. Onun sözlərinə görə, xəstənin uşaqlıqda keçirdiyi qızdırma ürək ritminə təsir edib və nəticədə ürəyin içərisində laxtalanma əmələ gəlib. Zamanla bu laxtalar kütləyə çevrilib və ürəyin normal fəaliyyətinə mane olub.

"Bu laxta hər an qoparaq beyinə və ya digər orqanlara keçə, iflic və hətta ölümə səbəb ola bilərdi. Onun bu mərhələyə qədər gəlib yaşaması belə möcüzədir", - deyə Prof. Kirişçi qeyd edib.

Əməliyyat zamanı həm ürək qapağı dəyişdirilib, həm də yaranmış kütlə tam şəkildə təmizlənib.

Fidan
Milli.Az