"Barselona"nın gənc ulduzu Lamin Yamalın atası oğlunun dəbdəbəli ad günü mərasimindən danışıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Munir Nasraui oğlu barədə mənfi fikirlər səsləndirənlərə cavab verib.
"Oğlum heç bir pis iş görməyib. Pis iş görsəydi, ilk olaraq mən onun qulağından tutub deyərdim: "Oğlum, belə etmək olmaz". Lakin yenə deyirəm, o heç bir pis iş görməyib. Ölkənin hüquq-mühafizə orqanları var. Gəlin, ilk növbədə özümüzə qarşı səmimi olaq"
Xatırladaq ki, Lamin Yamalın 18 yaşını dəbdəbəli şəkildə qeyd etməsi ciddi müzakirələr yaratmışdı. "Cırtdanlar" qrupunun şou-proqramı isə birmənalı qarşılanmamışdı.
Hüseyn
Milli.Az