Paşinyandan mühüm tarixi açıqlama

18 İyul 2025 12:12

Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.

Milli.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.

Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.

Milli.Az