Həyat yoldaşını aldadan məşhur şirkət rəhbəri üzr istədi - YENİLƏNİB - VİDEO - FOTOlar

18 İyul 2025 15:24

15:24

"Astronomer" IT şirkətinin rəhbəri Endi Bayron "Coldplay" konsertində baş verən hadisəyə görə həyat yoldaşı, ailəsi və kollektivindən üzr istəyib.

Milli.Az xəbər verir ki, "İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və "Astronomer"dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, bir ata və bir lider olaraq məndən daha yaxşısına layiqsiniz. Özümə zaman ayırıram - düşünmək, məsuliyyəti üzərimə götürmək və növbəti addımları müəyyənləşdirmək üçün", - deyə o, açıqlamasında bildirib.

Xatırladaq ki, Bayron 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir. Onun xəyanət yaşadığı qadın isə -şirkətin HR rəhbəri Kristin Kebot da evlidir.

12:01

ABŞ-nin Boston şəhərində keçirilən konsertdə qalmaqallı an yaşanıb.

Milli.Az xəbər verir ki, canlı yayım kamerasına sarma-dolaş olan cütlük, böyük ekranda özlərini görən kimi təşvişə düşərək qaçmağa çalışıb.

Canlı yayım kamerasına yaxalandılar

Tamaşaçılar arasından qucaqlaşaraq səhnəni izləyən cütlük konsertin canlı yayım kamerasına düşüb. Qrupun solisti Kris Martin "Baxın bu ikisinə, nə qədər şirindilər" deyərək onlara diqqət çəkib.

Birdən panikaya qapıldılar

Lakin böyük ekranda özlərini görən cütlük təşvişə düşüb. O, ani şəkildə qolunu çəkərək kameradan uzaqlaşmağa çalışıb, qadın isə üzünü əlləri ilə örtərək sakitcə arxasını döndərib.

Məşhur şirkətin CEO-su olduğu ortaya çıxdı

Sosial mediada sürətlə yayılan görüntülərdəki şəxslərin dəyəri 1 milyard dollardan çox olan proqram təminatı şirkəti Astronomerin CEO-su Endi Bayron və şirkətin İnsan Resursları Meneceri Kristin Kabet olduğu müəyyən edilib.

Panikaya düşmələrinin səbəbi sonradan anlaşıldı

Cütlüyün təşvişə düşməsinin səbəbi Endi Bayronun evli olmasıdır. Sosial media profilinə görə, Bayron Megan Kerrigan ilə evlidir və iki uşağı ilə birlikdə Nyu-Yorkda yaşayır. Kristin Kabetin hesabında isə şəxsi həyatına dair heç bir məlumat yoxdur.

Kənan
Milli.Az