İsraildə 3 nazir eyni anda istefa verdi

18 İyul 2025 17:15

İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işlər naziri Maykl Malçieli istefa məktubunu Baş nazir Benyamin Netanyahuya təqdim ediblər.

Milli.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, istefalar ultra-pravoslav "Şas" partiyasının hökumət koalisiyasından çıxmaq qərarının bir hissəsidir.

Daxili siyasi böhran dini ali təhsil müəssisələrinin tələbələrinin məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanun layihəsi ətrafında yaranan gərginlik səbəbindən yaranıb.

"Şas" partiyasının üzvləri həm də səhiyyə naziri, əmək naziri, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində çalışırlar. Onların da bu gün istefa ərizələrini təqdim edəcəyi gözlənilir.

Fidan
Milli.Az