Fransa polisi 2023-cü ildə "Real"ın forvardı Kilian Mbappedən külli miqdarda pul alan beş təhlükəsizlik xidməti əməkdaşına qarşı inzibati araşdırma aparır.
Milli.Az xəbər verir ki, futbolçunun hesabından 5 polis əməkdaşına ümumilikdə 180 min 300 avro köçürülüb.
Mbappe iddia edir ki, o, sadəcə olaraq oyunçuların təhlükəsizliyini təmin edən insanları mükafatlandırmaq istəyib. "Real"ın forvardı hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Milli.Az