Azərbaycan incəsənətinə ağır itki - FOTO

17 İyul 2025 22:05

Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev 88 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya Bakı Musiqi Akademiyasından məlumat verilib.

O, bu gün Yasamal qəbirstanlığında dəfn edilib.

Qeyd edək ki, Telman Hacıyev "İncəsənətin sosial fəallığı", "Avestadan bu günədək", "Mənim müdrik müasirim" kimi kitablarının müəllifidir.

 

Milli.Az