Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı

17 İyul 2025 18:13

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təvəllüdlü qadının vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 16-da saat 13:30 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub:

"Zərərçəkmiş əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

 

Milli.Az