19:30
"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar" QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən bildirilib.
Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
---------
16:33
Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, Hacıqabul şəhər mərkəzini təbii qazla təmin edən diametri 315 mm PE orta təzyiqli "Şəhər dairəvi" yeraltı daşıyıcı qaz kəmərinin ikinci hissəsində kipliyin sınağı məqsədilə əlaqədar 18.07.2025-ci il, saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək şəhərin bir hissəsində (ümumi 801 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Milli.Az