Müğənni Mətanət Əsədova maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, küsülü olduğu həmkarı Manaf Ağayevdən danışıb.
Onun nəvəsinə doğum günündə brilliant qaşlı maşın hədiyyə etdiyini deyən sənətçi sözlərinə belə davam edib:
"Həmin adam məndən inciyib. Anlaşılmazlıq olub da, küsüb. Ancaq mən uman yerdən küsmüşəm. Xanımam, o isə kişi xeylağıdır. Mənim könlüm alınmalıdır. Onun könlünü almağa nə vaxtım var, nə də halım. Sözü olan insan nömrəmi də, ünvanımı da bilir. Hara desələr, ora gedərəm. Həmin adam dəstəsi ilə otursun, kimliyindən asılı olmayaraq, mən isə tək gələcəyəm".
Musa
Milli.Az