Cadenza orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında (Kirxa) mövsümün yekun konsertini keçirib.
Görkəmli bəstəkar Azər Rzayevin 95 illiyinə həsr olunmuş konsertdə bəstəkarın violonçel və kamera orkestri üçün "Noktürn", piano və simlilər üçün "Kiçik vals", tar və kamera orkestri üçün "Düşüncə və Qaytağı", Violin konserti No.1 (II hissə) və kamera orkestri üçün "Poema" əsəri konsertin solistləri Georgi İmanov (violonçel), Selcan Məmmədli (piano), Arslan Növrəsli (tar) və Məhəmməd Quluzadənin (violin) ifasında səslənib.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən Cadenza orkestri maraqlı və fərqli konsert proqramları ilə yadda qalan 4-cü mövsümü yekunlaşdırdı. Orkestrin dirijoru Samir Əsədov, bədii rəhbəri isə Türkər Qasımzadədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az