Türkiyədə meşə yanğınları davam edir

17 İyul 2025 17:10

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları davam edir.

Milli.Az xəbər verir ki, iyulun 15-də kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib.

Yanğının söndürülməsi üçün 15 təyyarə, 19 helikopter, 500-ə yaxın yerüstü maşın və digər texnikalarla havadan və qurudun tədbirlər görülür.

Yanğın səbəbindən əhali evlərindən təxliyyə olunub.

Milli.Az