İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində azı 50 nəfər həyatını itirib.
Milil.Az xəbər verir ki, hadisə yerinə çoxsaylı polis və tibb briqadaları cəlb olunub.
Vasit qubernatoru Məhəmməd əl-Mayahi hadisə zamanı yaralanan şəxslərin xəstəxanalara yerləşdirildiyini bildirib.
Onun sözlərinə görə, yanğının səbəbləri ilə bağlı araşdırma başladılıb və ilkin nəticələrin 48 saat ərzində ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Hadisə ilə əlaqədar Vasit qubernatorluğu üç günlük matəm elan edib.
Fidan
Milli.Az