“Suriya xalqı müharibədən qorxmur” - Əhməd Əl Şaraa

17 İyul 2025 10:15

"Suriya xalqı müharibədən qorxmur".

Milli.Az xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində deyib.

O, Suriyanın prioritetini vətəndaşlarının və onların hüquqlarının müdafiəsi adlandırıb. Suriya lideri həmçinin əlavə edib ki, Suriya müharibədən qorxanlardan deyil:

"Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır".

Xatırladaq ki, İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib. Suriya Səhiyyə Nazirliyi hava zərbələri nəticəsində azı 13 nəfərin yaralandığını açıqlayıb.

Milli.Az