Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u satdı - FOTO

16 İyul 2025 23:31

Kriştiano Ronaldo karyerası ərzində beş "Qızıl top" qazanıb.

2013-cü ildə o, 27,99% səslə "Qızıl top"u qazanaraq Lionel Messinin 4 illik seriyasına son qoyub.

Milli.Az xəbər verir ki, Ronaldo həmin il qazandığı "Qızıl top"u hərracda satıb. O, əldə edilən gəliri həyati təhlükəsi olan xəstəliklərlə mübarizə aparan uşaqlara yardım fondu "Make-A-Wish"a ödəyib.

Hərracın qalibi "Qızıl top" üçün 600 min avro ödəyən israilli milyonçu İdan Ofer olub.

Oferin 2025-ci ildə 25 milyard dollar sərvəti olduğu təxmin edilir. O, qəniməti aldıqdan sonra Ronaldonun o vaxtkı agenti Jorge Mendes ilə birlikdə poza da verib. (Publika.az)


 

Milli.Az