"Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu

16 İyul 2025 19:35

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisləri zədələnib.

Milli.Az xəbər verir ki, Suriyada gərginlik İsrailin Əs-Suveydaya zərbələrini təzələməsi və həmçinin əsasən druzların yaşadığı şəhərdəki qırğınlardan sonra Suriya ordusunun Dəməşqdəki qərargahına hücum etməsi ilə artıb.

İsrail ordusu druz azlığını hücumlardan qorumaq məqsədi ilə Suriya hökumətinə qarşı hücumları gücləndirərək, Dəməşqdə Suriya Müdafiə Nazirliyinin girişini vurduğunu bildirib. (Modern.az)

 

Milli.Az