Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır - DİM sədri

16 İyul 2025 18:14

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:

"Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə elektronlaşdırılması nəzərdə tutulur".

Milli.Az