"Paşinyanın başı kəsilsin" - Erməni keşiş - VİDEO

16 İyul 2025 12:48

Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan iyulun 13-də ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Ermənistanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada səsləndirilən fikirləri kəskin şəkildə tənqid edib.

Milli.Az xəbər verir ki, Arutyunyan həmin mitinqdə iştirak edən din xadiminin çıxışına reaksiya verərək, şok ifadələrin səsləndirildiyini bildirib.

"O deyir ki, Paşinyanın başını kəsmək lazımdır, onlar erməni apostol kilsəsini İslam Dövləti təşkilatının qoluna çeviriblər, başını kəsirlər - Ermənistan Respublikasının seçilmiş baş nazirinin başını kəsirlər," - deyə Arutyunyan öz paylaşımında yazıb.

O, bu tip çıxışların və ekstremist ritorikanın qəbuledilməz olduğunu bildirərək, aksiyanı təşkil edən Milli Cəbhə Hərəkatını və onun tərəfdarlarını tənqid edib.

Qeyd edək ki, son zamanlar Ermənistan daxilində və diaspor cəmiyyətlərində siyasi gərginlik artmaqdadır.

Fidan
Milli.Az