İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var

16 İyul 2025 11:00

İran Oman dənizində qaçaqmalçılıq ittihamı ilə bir xarici tankeri saxlayıb.

Milli.Az İran mediasına istinadən xəbər verir ki, tankerdə iki milyon litr yanacaq olub.

İranın Hörmüzqan prokurorluğu tankerdəki yüklə bağlı sənədlərin natamam olduğunu bildirib.

Tanker kapitanı da daxil olmaqla 17 nəfər saxlanılıb.

Milli.Az