Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var

16 İyul 2025 09:32

Goranboyda kütləvi dava-dalaş olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az