Ermənistan Fransaya hərbi attaşe təyin etdi

15 İyul 2025 19:23

Ermənistan Fransaya hərbi attaşe təyin edib.

Milli.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Bu vəzifəyə Artur Aznavuryan təyin olunub. Aznavuryan avqustun 1-də vəzifəsinin icrasına başlayacaq və üç il Fransanın paytaxtında çalışacaq.

Qeyd edək ki, Artur Aznavuryan bundan əvvəl Ermənistanın İrandakı hərbi attaşesi olub.

 

Milli.Az