İstanbulda iki qrup arasında qarşıdurma – Yaralananlar var

15 İyul 2025 17:54

İstanbulun Küçükçekmece rayonunda iki qrup arasında baş verən qarşıdurma zamanı insident qeydə alınıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə çox sayda polis qüvvəsi cəlb olunub.

Hadisənin səbəbi və iştirakçıların şəxsiyyəti ilə bağlı araşdırma aparılır.

Kənan
Milli.Az