Ukrayna səfərbərlik müddəti uzadıldı

15 İyul 2025 17:07

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

Müddət daha 90 gün - 2025-ci il noyabrın 5-dək uzadılıb.

Rada 13471 və 13472 saylı iki qanun layihəsinə səs verib. Hərbi vəziyyətin və səfərbərliyin davam etdirilməsinin lehinə 320 xalq deputatı, bir deputat isə əleyhinə çıxıb.

Milli.Az