"Qarabağ"ın bəyənmədiyi futbolçunu alman klubu ALDI

15 İyul 2025 14:30

"Qarabağ"ın keçmiş futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

Milli.Az xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirəcək.

Fransalı "Valdhof Manhaym" klubu ilə birillik müqavilə bağlayıb.

29 yaşlı oyunçu Almaniya 3-cü Bundesliqasında top qovacaq.

Qeyd edək ki, Diakabi 2023-2024-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. Bundan əlavə, o, "Renn", "Monako", "Haddersfild", "Amyen", "Bandırmaspor" kimi klublarda da forma şansı tapıb.

Milli.Az