Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər yenidən tikiləcək

15 İyul 2025 13:01

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş 2 fərdi yaşayış evi yenidən tikiləcək.

Milli.Az bildirir ki, bu barədə İqtisadiyyat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tikinti işlərini "Agrega" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən iki evin tikintisinə 184 min manat vəsait sərf olunacaq.

Milli.Az