“Vağzal meydanı”nda qəzalı bina uçdu - Ölənlər var

15 İyul 2025 15:33

 Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Vağzal meydanı" ərazisində qəzalı vəziyyətdə olan bina uçub. Nəticədə bir nəfər həyatını itirib, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb. Bildirilir ki, bina Tbilisi Dəmir Yolu Vağzalının yaxınlığında yerləşib və uzun müddətdir qəzalı kimi tanınıb.

Gürcüstanın daxili işlər naziri Qela Qeladze hadisə yerində jurnalistlərə açıqlamasında bir nəfərin öldüyünü, digər şəxsin isə tibbi yardım aldığını təsdiqləyib.

Tbilisi meri Kaxa Kaladze də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bina əvvəldən təhlükəli vəziyyətdə olub və bu fakt diqqətdə saxlanılırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az