"Real" "Liverpul"un daha bir ulduzunu alacaq - qiyməti 100 milyondur

15 İyul 2025 11:00

İspaniyan nəhəngi "Real M." "Liverpul"dan daha bir futbolçunu heyətinə qatmaq istəyir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksis Makallister klubun "radar"ına düşüb.

Xabi Alonso da 26 yaşlı futbolçunun  gəlişinə razılıq verib. Mütəxsəssisə görə, argentinalı Luka Modriçi əvəzləyə biləcək ən real namizəddir.

"Liverpul" isə oyunçusu üçün fantastik məbləğ - ən azı 100 milyon avro tələb edəcək.

Qeyd edək ki, "Kral klubu" bundan öncə ingilis klubunun futbolçusu Trent Aleksander-Arnoldu transfer etmişdi.

Hüseyn
Milli.Az