Azərbaycanda arı sancan 35 yaşlı qadın komaya düşdü

15 İyul 2025 09:52

İyunun 12-si 35 yaşlı qadın arı sancmasından komaya düşüb.

Bu barədə Kliniki Tibbi Mərkəzdən Milli.Az-a bildirilib.

Qeyd edilib ki, qadın komatoz vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə qəbul edilib.

Təxminən bir ay komatoz vəziyyətdə reanimasiyada müşahidə altında saxlanılan xəstənin vəziyyəti stabilləşib. Hazırda müalicələri davam etdirilir.

Vəziyyətində müşahidə olunan müsbət dinamika nəzərə alınaraq xəstəyə reabilitasiya məqsədli müalicələrin davam etdirilməsi planlaşdırılır.

Milli.Az