Müşviq Abbasova ağır itki

14 İyul 2025 23:45

"Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasova ağır itki üz verib.

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, onun atası Dilqəm bəy vəfat edib.

Xəbəri Axşam.az-a təsdiqləyən prodüser Ramil Nuriyev bildirib ki, uzun müddətdir mərhumun səhhətində problem var imiş:

"Dilqəm bəyin bir müddətdir qaraciyərində problem var idi. Sabah yaşadığı Fatmayı kəndində dəfn olunacaq".

Milli.Az