Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

14 İyul 2025 19:32

ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Donald Tramp NATO Baş Katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə bu məsələyə toxunub.

"Güman etmək olar ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək", - ABŞ lideri vurğulayıb.

O, ABŞ administrasiyasının dünyadakı bir çox münaqişələri həll etdiyini qeyd edib.

Milli.Az