Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində ilk yeri tutan italiyalı Yannik Sinner Uimbldon turnirinin finalında ispaniyalı Karlos Alkarasa qalib gəlib.
Milli.Az xəbər verir ki, Londonda keçiriən yarışda final görüşü gərgin keçib.
Sinner 4:6, 6:4, 6:4, 6:4 hesabı ilə qələbə qazanıb.
Bu nəticə ilə o, karyerasında ilk dəfə Uimbldonun çempionu olub.
Milli.Az