Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi

14 İyul 2025 13:29

Azərbaycan əsilli bloqer Subo (Sübhan Məmmədov) Rusiyada axtarışa verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinon Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, 50 milyon rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer Suboya qarşı cinayət işi açıb və o, axtarışa verilib.

Qeyd edək ki, 2025-ci ilin fevralında Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Onun RF ərazisinə girişi 70 illiyinə qadağan olunub.

Sübhan Məmmədov Moskvada anadan olub və "Instagram"da və "YouTube"da video çarxlarının yayılması sayəsində internetdə məşhurlaşıb.

Milli.Az