31 yaşlı kişi faciəvi şəkildə öldü

14 İyul 2025 16:26

Kəlbəcər rayon sakinini cərəyan vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə Ağdərə rayonunun Dovşanlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Kəlbəcər rayon Təkəqaya kənd sakinini kənd ərazisində cərəyan vurub.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az