Qıcolmaya görə faciəvi şəkildə öldü

14 İyul 2025 11:36

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb.

Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az