Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib
Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İyunun 30-da Mittanın Moskvadakı evində huşunu itirdiyi bildirilir.
Rejissorun ölümü ilə bağlı məlumatı oğlu Yevgeni bu sözlərlə təsdiqləyib:
"Əziz atam bu gün rəhmətə getdi. Biz onu sevirik və yas tuturuq" .
Qeyd edək ki, Aleksandr Mitta "Dostum, Kolka", "Çağırırlar, qapını aç", "Yan, yan, ulduzum", "Ekipaj", "Sərhəd. Tayqa romantikası" və digər filmlərin müəllifi kimi tanınıb.
Fidan
Milli.Az