Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

13 İyul 2025 17:39

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Milli.Az