“Prezident olmaq çox təhlükəli işdir”

13 İyul 2025 12:51

ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Ağ Ev rəhbərinin sözlərini "Fox News" yayıb.

O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.

"Prezident olmaq çox təhlükəli işdir", - o qeyd edib.

Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.

Milli.Az